"Müharibə başlayanda hərbçilərə ilk əmrim..." - İLHAM ƏLİYEV
    • 13-04-2021, 11:00
    • 432

"Müharibə başlayanda hərbçilərə ilk əmrim..." - İLHAM ƏLİYEV

"Onlar hərbi birləşmələrə cəlb olunmuş mülkilər idi".

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransında çıxış edərkən bildirib.  

"Bizim müharibədə davranışımıza gəldikdə... Müharibənin ilk günlərindən artıq aydın idi ki, Azərbaycan təkcə 21-ci əsr müharibəsi aparmır, həmçinin, bu müharibə yeni əxlaqa əsaslanıb. Müharibə başlayanda hərbçilərə ilk əmrim ləyaqatlə və mülayim davranmaq, mülki əhaliyə zərər verməmək üçün əlindən gələni etmək idi. Və Ermənistan tərəfində mülki itkilərin 40-dan aşağı olması bunu göstərir.

Çünki biz torpaqlarımızı azad edirdik və bu torpaqlardan bəziləri qanunsuz şəkildə məskunlaşdırılmışdı. Bu səbəbdən bizim hücumlarımız ancaq hərbi obyektlərə yönəlmişdi. Bununla yanaşı ölən erməni mülki əhalisinin böyük hissəsi hərbi əməliyyatlarda iştirak edənlər idi. Onlar hərbi birləşmələrə cəlb olunmuş mülkilər idi",-deyə dövlət başçısı qeyd edib.