-
- 13-04-2021, 11:30
- 686
İmişlidə toy məclisi aşkar edildi
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Bəhrəmtəpə kənd sakini Əzizağa Əliyev yaşayış evinin həyətində qonaqların iştirakı ilə öz nəvəsinə toy məclisi təşkil etdiyi müəyyən edilib.
Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 3 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.