Sumqayıtda top mərmisi tapıldı - FOTO
    • 14-04-2021, 11:28
    • 396

Sumqayıtda top mərmisi tapıldı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Tuk zavod ərazisində partlayış təhlükəli əşyanın aşkarlanması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub.

Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 122 millimetrlik top mərmisi aşkarlanıb.
FHN XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etdikdən sonra pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək, müvafiq qaydada zərərsizləşdiriblər.Əraziyə təkrar baxış zamanı digər partlayış təhlükəli silah və sursat aşkar olunmayıb.