“Şeytan bibliyası” nədir?- Sirli kitab- FOTO
    • 27-10-2018, 12:46
    • 5 093

“Şeytan bibliyası” nədir?- Sirli kitab- FOTO

“Şeytan Bibliyası” kitabı dünyada ən sirli kitablardan hesab olunur.

Ağırlığı 75 kg olan kitabın səhifələri üçün təxmini  160 eşşək dərisindən istifadə olunub.

Kitabın latınca adı “Kodeks Giqas” yəni böyük kitab deməkdir. 

News24.az xəbər verir ki, əsas  məsələ kitabın böyüklüyündə deyil, necə yazılmasındadır. Qədim əfsanəyə görə,  orta əsrlərdə yaşayan bir rahib, monastr andlarını pozması səbəbi ilə ölümə məhkum edilib.  

Rahib bu cəzadan qurtulmaq üçün insanlıq haqqında bildiyi hər şeyi bir kitaba yazacağına söz verib. Verdiyi sözü tuta bilməyəcəyinin fərqinə varan rahib, kömək üçün ruhunu şeytana satıb, onunla işbirliyinə girib.

Bu əfsanə, insanları kitabda  çəkilən rəsmlərin lənətli olmasına inandırıb.

640 səhifəlik kitab üzərində aparılan araşdırmalar nəticəsində, “Kodeks Giqanın” bir nəfər tərəfindən yazıldığı bilinib.

Kitab Berlin və Nyu-Yorkda sərgilənən zaman, insanların yanında 10 dəqiqə qalmasına icazə verilirdi.

Şəlalə Ağayeva