-
- 15-04-2021, 10:34
- 761
Ölkə üzrə aprel ayının pensiyaları tam ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, aprelin 8-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.
Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.