-
- 15-04-2021, 11:05
- 520
Cəlilabadda ata və oğlunu bıçaqlayan şəxs tutuldu
Aprelin 14-də saat 21 radələrində Cəlilabad rayonu, Ocaqlı kənd sakini 1988-ci il təvəllüdlü Əliyev Ceyhun Cabir oğluna bıçaqla xəsarətlər yetirilməsi, atası 1964-cü il təvəllüdlü Əliyev Cabir Saleh oğlunun isə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəlilabad Rayon Prokurorluğundan News24.az-a bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Ceyhun Əliyevin tanışı, əvəllər məhkum olunmuş Niftullayev Ragin Mirzəbala oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ceyhun Əliyevə çoxsaylı xəsarətlər yetirməsinə, daha sonra həmin bıçaqla sonuncunun atası Cabir Əliyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Ragin Niftullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.