Tovuzda orta məktəbin 2 sinfi COVID-19 səbəbindən bağlandı
    • 15-04-2021, 11:59
    • 308

Tovuzda orta məktəbin 2 sinfi COVID-19 səbəbindən bağlandı

Tovuz rayonunda orta məktəbin 2 sinfi distant təhsilə keçib.

News24.az xəbər verir ki, buna səbəb məktəbin müəllimlərindən birinin koronavirus pandemiyasına yoluxması olub.

Belə ki, rayonun İsakənd tam orta məktəbində bir müəllimdə COVID-19 testinin cavabları pozitiv olduğu üçün müəllimin dərs dediyi iki sinif bağlanıb. Şagirdlər müvəqqəti olaraq onlayn təhsil alacaqlar.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideynləri məlumatlandırılıb, sinif otaqları xüsusi məhlullarla dezinfeksiya edilib. /Report.az/