Eldar Quliyev "Qurd qapısı"nda DƏFN OLUNACAQ
    • 16-04-2021, 11:21
    • 713

Eldar Quliyev "Qurd qapısı"nda DƏFN OLUNACAQ

Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycanın Xalq artisti Eldar Quliyev özünün vəsiyyəti ilə "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. 

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib: "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycanın görkəmli kino xadimi, Xalq artisti Eldar Tofiq oğlu Quliyevin vəfatından kədərləndiyini bildirir. Eldar Quliyevin dəfn yeri ailəsi tərəfindən (özünün vəsiyyəti ilə) mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki "Qurd qapısı" qəbiristanlığı müəyyən edilib".

Qeyd edək ki, Xalq artisti 80 yaşında dünyasını dəyişib.