Rəmiş sabah "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək
    • 5-04-2021, 18:48
    • 563

Rəmiş sabah "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) sabah "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

News24.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat verib.

Dəfn mərasimi sabah - aprelin 6-da baş tutacaq.

Qeyd edək ki, 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi. R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin! /Report.az/