Azərbaycanda son sutkada 34 mindən çox insan PEYVƏND OLUNDU
    • 6-04-2021, 18:15
    • 461

Azərbaycanda son sutkada 34 mindən çox insan PEYVƏND OLUNDU

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34344 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13885 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 982 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 611 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 370 820 təşkil edir.