Bakıya 12 metrlik avtobuslar gətiriləcək
    • 16-04-2021, 19:37
    • 390

Bakıya 12 metrlik avtobuslar gətiriləcək

Bu il Bakıya 320 ədəd avtobusun gətirilməsi planlaşdırılır. Gətirilən avtobusların 170 ədədi 9 metrlik, qalan 150 ədədi isə 12 metrlik avtobuslardır.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.
“9 metrlik avtobuslar bizə dövlət başçısının tapşırığına əsasən ətraf kənd və qəsəbələr istiqamətində sərnişindaşımaların əhəmiyyətli dərəcədə yaxşılaşdırılması ilə bağlı qoyduğu tapşırığın icrasına tam şəkildə imkan verir”, - deyə M.Ağayev bildirib. /Report/