İnsan Alveri İdarəsi bu qadınları axtarır – FOTO
    • 17-04-2021, 11:39
    • 433

İnsan Alveri İdarəsi bu qadınları axtarır – FOTO

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi iki qadının barəsində axtarış elan edib.

Bunlardan biri 1986-cı ildə Sabirabad rayonun Qarağac kəndində anadan olmuş Gülnarə Ramazan qızı Babayevadır.

Gülnarə Babayeva rəsmi qeydiyyatda Şirvan şəhərindədir. Onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.

Axtarışa verilən daha bir qadın isə Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü Ələkbərova Lalə Vilayət qızıdır.
Lalə Ələkbərovanın barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib. /Teleqraf.com/