ABŞ-da 7 yaşlı qız GÜLLƏLƏNDİ
    • 19-04-2021, 08:14
    • 390

ABŞ-da 7 yaşlı qız GÜLLƏLƏNDİ

ABŞ-ın Çikaqo şəhərində atışma zamanı yeddi yaşlı bir qız ölüb, atası isə yaralanıb.

News24.az xəbər verir ki, bu barədə "CBS Chicago" telekanalı polisə istinadən xəbər yayıb. Qeyd edilib ki, hadisə "McDonald's" restoranında baş verib. Həmin vaxt azyaşlı və atası restoranlar şəbəkəsinin qarşısında avtomobildə olublar. Silahlı şəxs yeddi yaşlı qıza bir neçə dəfə atəş açıb. Xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək olmayıb. Onun atasın vəziyyətinin isə ağır olduğu bildirilir. 

Polis hadisəni törədən şəxsi axtarır.