İftar süfrəsində keçmiş həyat yoldaşını BIÇAQLADI
    • 19-04-2021, 08:39
    • 366

İftar süfrəsində keçmiş həyat yoldaşını BIÇAQLADI

Türkiyənin Kütahya bölgəsində qadın bir müddət əvvəl boşandığı keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə qadının sahibi sahibi olduğu kafedə baş verib. İftar zamanı kafeyə daxil olan şəxs keçmiş həyat yoldaşını sinəsindən bıçaqlayaraq qaçıb. 

Ətrafdakıların Təcili Tibbi Yardıma zəng etməsi ilə qadın xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs isə həbs edilib.