-
- 11-10-2019, 18:31
- 1 128
Beyləqanda boşandığı həyat yoldaşını öldürən ƏR SAXLANILDI
Beyləqanda boşandığı həyat yoldaşını bıçaqlayaraq öldürən ər saxlanılıb.
News24.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu gün günorta saatlarında Beyləqan rayon sakini Namiq İsmayılov Beyləqan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə gedərək həmin müəssisədə çalışan keçmiş həyat yoldaşı, 1994-cü il təvəllüdlü Beyləqan şəhər sakini Könül Bəhmən qızı Bəhrəmlini bıçaqlayaraq öldürüb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, iş yerinə gələn N. İsmayılov söhbət etmək üçün K. Bəhrəmlini müəssisənin həyətinə çağırıb. Bir müddət mübahisə etdikdən sonra K. Bəhrəmlinin iş yoldaşları onları ayırmaq istəyib. bu vaxt keçmiş ər cibindən çıxardığı bıçaqla qadına bir neçə zərbə endirib. Hadisəni törədən N. İsmayılov qətli keçmiş həyat yoldaşının boşandıqdan sonra qızını ona göstərmədiyi üçün törətdiyini deyib.
Xatırladaq ki, Beyləqan rayon sakini, 25 yaşlı Bəhrəmli Könül Bəhmən qızı boşandığı üçün əri tərəfindən bıçaqlanıb. Tibb bacısı işləyən qadının əri onun işlədiyi xəstəxanaya gəlib, onu döyərək, bir neçə bıçaq zərbəsi vurub. Həkimlər K.Bəhrəmlinin həyatını xilas edə bilməyib.