İmtahanlara 2 gün qalıb
    • 20-04-2021, 13:15
    • 384

İmtahanlara 2 gün qalıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 22-23 aprel 2021-ci il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

News24.az xəbər verir ki, imtahanlar respublikanın 26 şəhər və rayonunda təşkil olunacaq. İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.