Saatlı və Zərdab sakinlərində silahlar aşkarlandı
    • 21-04-2021, 10:04
    • 449

Saatlı və Zərdab sakinlərində silahlar aşkarlandı

Saatlı və Zərdab rayon sakinlərindən ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Azadkənd sakini S.Orucovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov silahı aşkar edilərək götürülüb.

Bundan başqa, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri Ş.Musayev və B.Nuruyev ov silahlarını könüllü olaraq RPŞ-yə təhvil veriblər.