Meğridə etirazla qarşılanan Paşinyan Kəcarana buraxılmadı
    • 21-04-2021, 14:19
    • 475

Meğridə etirazla qarşılanan Paşinyan Kəcarana buraxılmadı

Ermənistanın cənubunda Sünik bölgəsindəki Kəcaran şəhərinin sakinləri Baş nazir Nikol Paşinyanın onları ziyarət etməsinə icazə verməyiblər.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, kəcaranlılar onun ziyarətinə etiraz olaraq mərkəzi meydanın yaxınlığında toplaşıblar. 

Kəcəran sakinlərinin Meğri-Qapan-İrəvan magistral yolunu açıq qoyaraq şəhərin girişini bağladıqları və bununla da, Paşinyanın buradan yan keçməyini tələb ediblər.

Nəticədə, baş nazirin korteji sözügedən əraziyə gəlməyib. Bundan əvvəl Paşinyan Ağarakda etiraz aksiyası ilə qarşılaşıb. Onun ünvanına "Nikol, xain", "Nikol, get" deyə şüarlar səsləndirilib. Hənçinin təhlükəsizlik işçiləri ilə baş nazirin əleyhdarları arasında dava düşüb.

Etiraz aksiyası fonunda Nikol Paşinyan tez zamanda Ağarakdan ayrılıb.