Deputatlar Mirələmovu qınadılar -
    • 22-04-2021, 12:43
    • 573

Deputatlar Mirələmovu qınadılar - "Onun haqqında qərar qəbul edilməlidir"

Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun qeyri-etik görüntüləri yayılıb. Bu görüntülər cəmiyyətdə ciddi ajiotaj və qınaqlara səbəb olub.

News24.az olaraq bir sıra ziyalıların məsələyə münasibətini öyrəndik. 

Millət vəkili Aydın Mirzəzadə konkret olaraq məsələni neqativ qarşıladığını bildirdi. 

Deputat Azər Badamov hadisə barədə düşüncələrinin mənfi olduğunu deyib: “Deputat olmuş şəxs cəmiyyət üçün nümunə olmalıdır. Bu vəzifədə çalışmış şəxsin əxlaq göstəriciləri yüksək dəyərləndirilməlidir. Cəmiyyət tərəfindən tanınan, yazıçı-publisist, ictimai-siyasi xadim olan Hüseynbala Mirələmov kimi şəxsin belə bir videosunun yayılmasına təəssüflənirəm. Bu, yolverilməz bir səhvdir. Belə halların baş verməsini çox pis qiymətləndirirəm. Hüseynbala Mirələmovun təmsil etdiyi qurum müvafiq qərar qəbul etməlidir”. 

Məhərrəm ƏLİYEV