-
- 22-08-2020, 12:44
- 988
Qanunlar şəxsin KASIB və ya VARLI olmasına BAXMIR – Hər kəs EYNİ OLMALIDIR - DEPUTAT
“Qanunlar şəxsin varlı və ya kasıb olmasından, vəzifəsindən, statusundan asıllı olmayaraq hamı üçün eyni olmalıdır”.
Bunu News24.az-a açıqlamasında karantin rejimi altında R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyevin qızına keçirdiyi toy mərasiminə münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat vurğulayıb ki, bütün hər kəs qanun qarşısında bərabərdir: “Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri uğurla aparılır. Bu mübarizə tədbirlərin aparılmasına dövlət bütün resurslarını səfərbər edib. Operativ Qərargah tərəfindən müəyyən qadağalar və məhdudiyyətlər tətbiq olunub. Kimliyindən asılı olmayaraq hər kəs bu qaydalara əməl etməlidir. Qanunun aliliyini hamı qorumalıdır. Belə olan halda dövlət güclü olur. Amma çox təəssüf ki, bəzi şəxslər daşıdığı vəzifəsindən və statusundan istifadə edərək, qanunları pozmağa çalışır. Nəticədə bu da cəmiyyətdə aqressiya yaradır”.
A.Badamov vəzifəli şəxslərin öhdəliyini belə izah edib: “Biz dövləti və xalqı təmsil edən şəxslər olaraq cəmiyyət üçün nümunə olmalıyıq. Dövlətin siyasətinə kölgə gətirəcək addımların atılmasına yol verməməliyik. Əgər dövlətimiz bu gün toy və yas mərasimlərin keçirilməsinə qadağa qoyubsa, hamı bu qadağalara əməl etməlidir. Hətta belə mərasimlərə dəvət alınaraq, iştirak etməyi də düzgün hesab etmirəm. Bu gün evdə qalmaq, sosial məsəfənin gözləmək, canlı təması minimuma endirmək tələb olunursa, bu qanundur. Qanunlar şəxsin varlı və ya kasıb olmasından, vəzifəsindən, stausundan asıllı olmayaraq hamı üçün eyni olmalıdır”.
Məhərrəm Əliyev