Daha bir elektron dələduzluq faktı ifşa edildi
    • 23-04-2021, 10:18
    • 649

Daha bir elektron dələduzluq faktı ifşa edildi

“Diqqət! Dələduzların alış-veriş səhifələrindən vətəndaşların əlaqə vasitələrini ələ keçirərək onları aldadan və kart məlumatlarını ələ keçirmək üçün istifadə etdikləri növbəti səhifə ifşa olundu”.

Bu barədə News24.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Məlumata görə, dələduzlar aşağıdakı tipli veb sayt yaradaraq vətəndaşları aldatmağa çalışır:

https://azerdostavka.shop/tracks/1684209367

“Vətəndaşlara dələduz “alıcıların” əsasən xarici whatsapp nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur!” - deyə açıqlamada qeyd olunub.