"Putin Zelenskini ayağına gətirmək istədi, ancaq..." - ŞƏRH
    • 23-04-2021, 14:24
    • 476

"Putin Zelenskini ayağına gətirmək istədi, ancaq..." - ŞƏRH

“Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskinin “Sizinlə Donbasın istənilən nöqtəsində görüşməyi təklif edirəm” dəvətinə bu gün belə cavab verdi: “Birincisi, məndən əvvəl “Donetsk və Luqansk Xalq Respublikalarının” liderləri ilə görüşün. Daha sonra mənimlə görüşmək istəyirsinizsə, Sizi Moskvaya dəvət edirəm”.  

Başqa sözlə Putin Zelenskini həm ayağına gətizdirmək, həm də separatçılarla təmasa sürükləmək istəyir. Kiyev hər ikisini rədd etdi. Bu arada, Zelenskiyə görüşə ehtiyac da qalmadı. Kreml ordunu Ukrayna ilə sərhəddən geri çəkməyə qərar verdi. Gərginlik müvəqqəti səngidi”.

Bunu News24.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ukrayna və Rusiya arasındakı gərginliyi şərh edərkən deyib.

Siyasət şöbəsi