MSK üzvlüyünə namizədlərin TAM SİYAHISI
    • 23-04-2021, 17:40
    • 445

MSK üzvlüyünə namizədlərin TAM SİYAHISI

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədlərin tam siyahısı müəyyənləşib.

News24.az xəbər verir ki, MSK üzvlüyünə təqdim edilmiş şəxslər Milli Məclis tərəfindən seçiləcək.

Milli Məclisdə çoxluq təşkil edən hakim partiyanı - Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edən namizədlər aşağıdakılardır:

Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Surəddin Hümbətov (ehtiyat üzv)
Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının (bitərəf) MSK üzvlüyünə namizədləri aşağıdakılardır:
Aydın Muradov
İlham Məmmədov
Nizami Nadirxanlı
Fuad Cavadov
Qabil Orucov
Arifə Muxtarova (müxalifətlə razılaşdırılıb)
Nailə Əsgərova (YAP-la razılaşdırılıb)
Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MAK üzvlüyünə namizədləri isə aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) - Tofiq Həsənov
ReAL Partiyası – Mətin Rəhimli.
Qeyd edək ki, MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan deputatları (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.
Beləliklə, yeni seçilən Milli Məclisdə çoxluq Yeni Azərbaycan Partiyasındadır (YAP). MSK-nın 6 üzvünün namizədliyi parlamentdə 70 deputatla təmsil olunan hakim partiya tərəfindən irəli sürülüb. 6 üzvün namizədliyi yeni parlamentə düşmüş 45 bitərəf deputat tərəfindən verilib.
Milli Məclisdə azlığı 3 deputat mandatına malik Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və hər biri 1 deputat mandatına malik Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası (MCP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) və Vətəndaş Birliyi Partiyası təmsil edir.
Əlavə edək ki, Vəhdət Partiyası, Milli Cəbhə Partiyası (MCP) və Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) isə MSK-ya namizəd müəyyənləşdirməyib.