-
- 23-04-2021, 17:40
- 420
“Başqa nazir gələcək, hər şey düzələcək” fikri illüziyadır - AÇIQLAMA
Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi. Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.
Tibb elmləri doktoru, professor Adil Qeybulla hadisəni News24.az-a şərh edib.
O bildirib ki, səhiyyənin inkişafı fərdlərə bağlı deyil: " “Başqa nazir gələcək, hər şey düzələcək” fikri illüziyadır. Səhiyyə sahəsində olan islahatlar sona qədər getməlidir. Səhiyyədə sığorta xidmətləri qaydasına düşməlidir. Dövlət və özəl müəssisələr arasında qarşılıqlı münasibətlər tənzimlənməlidir. Donor və reproduktiv haqqında qanun öz həllini tapmalıdır. Köklü sistem formalaşmalıdır. Regionlarla Bakının səhiyyə səviyyəsi eyni olmalıdır. Təbii ki, hər kadr yenilik gətirir. Yeni səhiyyə naziri yəqin ki, keçmiş duruma nəzər yetirib, proqressiv yol seçəcək. İslahatların uğurlu olacağına ümid etməkdən başqa çarəmiz qalmır".
Məhərrəm ƏLİYEV