Bakıda karantini pozan obyekt aşkar edildi - CƏRİMƏLƏNƏNLƏR VAR
    • 24-04-2021, 11:01
    • 366

Bakıda karantini pozan obyekt aşkar edildi - CƏRİMƏLƏNƏNLƏR VAR

Sabunçu rayonunda karantin qaydalarını pozan obyekt aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı rayon ərazisində yerləşən "Karaoke Pub" adlanan məkanın karantin qaydalarını pozaraq gecə saat 00:00 dan sonra fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı həmçinin orada olan müştərilərə qəlyan təklif edildiyi də müəyyən edilib.

Obyektin sahibi Məcid Seyidov, eləcə də, orada olan 19 nəfər müştəri və xidməti personal barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.Araşdırmalar davam etdirilir.