-
- 23-10-2018, 12:32
- 1 406
Yaşar yeni mahnısını təqdim etdi, şikayətləndi: "Klipdən çox verilişlərdəki davaları izləyirlər" - FOTOLAR - VİDEO
Müğənni Yaçar Cəlilov yeni mahnısını təqdim edib.
Yeniliyi haqda News24.az-a danışan ifaçı bunları deyib:
“Yeni mahnım “Nə elə nə belə” adlanır. Müəllifi Murad Zeynal, aranjiman edəni isə Tərlan Məmmədhüseynovdur.
Mahnını 1 dəqiqəlik ifa etmişdim və gələn reaksiyalardan hiss etdim ki, çox uöurlu olacaq. Hətta çoxları bu mahnını “Bilməzdim 2” adlandırır. Təki elə olsun. Çox arzu edirəm ki, bu ifam da “Bilməzdim” qədər uğurlu olsun.
Bəstəyə uyğun fotosessiyada etdirmişik”.
O, sözügedən mahnıya ekran həyatı verəcəyini də bildirib:
“Düşünürük ki, mahnı 1 həftə ərzində uğur qazansa, klip də çəkək. Əslində hazırda klip pul itkisidir. Sadəcə olaraq klipə yaradıcılıq kimi baxıram.
İllər öncə klipə reklam kimi baxırdıqsa, indiki zamanda klip yayımlayan kanallarımız olmadığı üçün maraq o qədər də yoxdur. YouTube a gəldikdə isə insanlar klipdən çox verilişlərdəki davaları izləyirlər”.
Teymur Məmmədov