-
- 31-10-2018, 10:28
- 3 936
İradə Mehri bu dəfə Sevil-Sevinclə mahnı davası etdir - VİDEO
Bir müddət öncə müğənni Damla ilə "Sevmişdim" adlı mahnıya görə qalmaqal yaşayan və sözügedən bəstəyə çəkilmiş klipi YouTube-dan sildirən ifaçı İradə Mehri bu dəfə hədəf olaraq Sevil-Sevinc Səfərovaları seçib.
News24.az xəbər verir ki, bu səbəb Səfərovaların DJ Roshka ilə ərsəyə gətirdikləri yeni "Azeri Mashup 2" layihəsində İ.Mehrinin "Amma yenə də" mahnısını səsləndirməsi olub.
Bəstənin ilk ifaçısı şikayət edərək layihəni YouTube-dan sildirib. Lakin bir neçə saat sonra video sözügedən video hostinqdə yenidən yayımlanıb.
Məlumat üçün bildirək ki, Damlanın "Sevmişdim" klipi də silindikdən bir müddət sonra yenidən bərpa olunmuşdu.
Qeyd edək ki, "Azeri Mashup 2" hazırda YouTube trendində 1-ci yerdədir və qısa zaman ərzində 1 milyon 300 min baxış toplayıb.
Teymur Məmmədov