Bahçeli:
    • 24-04-2021, 22:15
    • 538

Bahçeli: "Soyqırım izi axtaranlar türk millətinə düşmənçilik edənlərdir"

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı"nı tanımasına sərt münasibət bildirib.

News24.az xəbər verir ki, D.Baxçalı tarixin siyasətçilər tərəfindən sui-istifadə və inkaretmə vasitəsinə çevrilməsi sivilizasiyalarla millətlər arasındakı uçurumu dərinləşdirməklə yanaşı, nəsillərin qütbləşməsinə də yol açacağını qeyd edib. O, bu addımın heç kimə və heç bir ölkəyə xeyri olmayacağını vurğulayıb: "1910-cu illərdə erməni dəstələri vəhşiliklə uşaq, qadın və yaşlı demədən Anadolu coğrafiyasının hər yerində şiddət tətbiq edərək xain və vəhşi bir terror əməliyyatı həyata keçiriblər. 1915-ci il hadisələri kürəyindən xəncərlə vurulan imperatorluğun təbii refleksi, doğru qərarı, tarazlı addımı idi. Üstəlik, deportasiya o dövrdə milli təhlükəsizlik üçün məcburi idi. Burada soyqırım izi axtaranlar türk millətinə düşmənçilik edənlərdir”.