Türkiyədən ABŞ Senatının Erməni qərarına reaksiya
    • 13-12-2019, 10:05
    • 759

Türkiyədən ABŞ Senatının Erməni qərarına reaksiya

Türkiyənin Xarici İşlər Nazirliyi, ABŞ Senatının 1915 Erməni hadisələrini "soyqırım" olaraq tanıyan qərar layihəsini qəbul etməsini tarixin necə siyasləşdirilə biləcəyinin utanc verici nümunələrindən biri olaraq xarakterizə edərək, qərarın Türkiyə-ABŞ əlaqələrinin inkişaf etdirilməsi istiqamətindəki səyləri iflasa uğratmağı hədəfləyən dağıdıcı təşəbbüs olduğunu bildirib.

News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, XİN-nin açıqlamasında həmçinin ABŞ Senatının 12 dekabr 2019-cu il tarixli 1915-ci il hadisələri ilə bağlı qərarında heç bir tarixi şüur və hüquqi əsas yoxdur ifadələr yer alıb.