Dünyada COVID-19-a qarşı milyard dozadan artıq VAKSİN VURULUB
    • 24-04-2021, 22:47
    • 409

Dünyada COVID-19-a qarşı milyard dozadan artıq VAKSİN VURULUB

Dünya üzrə vurulan koronavirus vaksinlərinin sayı milyardı ötüb.

News24.az xəbər verir ki, bu barədə "France Press" rəsmi hesabatlara əsasən məlumat yayıb. Bildirilib ki, 207 ölkə və ərazinin sakinlərinə  ümumilikdə 1.002.938.540 doza vaksin vurulub.

Vaksinasiyaya görə, ABŞ, Çin və Hindistan liderdir. Vaksinasiya olunanların 58 faizi bu ölkələrin payına düşür.