-
- 25-04-2021, 11:03
- 1 288
SON DƏQİQƏ: Nikol Paşinyan İSTEFA VERDİ
Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsindən istefa verib.
News24.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsindəki canlı yayımda bildirib.
Paşinyan çıxışı zamanı bu fikirlərə yer verib: "Bu gün konstitusiya müddəalarını tətbiq etmək və parlamenti buraxmaq üçün istefa edirəm. “Vətəndaşlar Günü”də istefa etməyə qərar verdim. Beləliklə, vətəndaşlardan aldığımız gücü onlara qaytarırıq ki, gələcək hakimiyyətin taleyini azad, ədalətli və rəqabətli seçkilər yolu ilə həll etsinlər".
Ermənistanın mövcud konstitusiyasına əsasən, erkən seçkilər yalnız baş nazirin istefası və parlamentin iki dəfə yenisini seçməməsi halında mümkündür.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan 20 iyun tarixində Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyini elan etmişdi. Milli Məclis parlament seçkilərinin yalnız proporsional seçki sistemi ilə keçiriləcəyi Seçki Məcəlləsində dəyişiklik layihəsini təsdiqlədi. Nikol paşinyan seçkilərə qədər hökumətlə rəhbərlik edəcək.