Paşinyan bu tarixdə İSTEFA VERƏCƏK
    • 14-04-2021, 19:26
    • 588

Paşinyan bu tarixdə İSTEFA VERƏCƏK

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verəcəyi tarixi açıqlayıb.

News24.az TASS-a istinadən xəbər verir ki, N.Paşinyan parlamenti buraxaraq erkən seçkilər təyin etmək üçün aprel ayının son 10 günü ərzində vəzifəsindən istefa verəcəyini bildirib: "Protokol qaydalarına əsasən yeddinci gün baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəyəm, qalan fraksiyalar isə öz namizədlərini açıqlamayacaq. “Mənim addımım” fraksiyası məni baş nazir seçməyəcək. İkinci dəfə də qrup namizədliyimi irəli sürəcək və yenə də seçməyəcək. Parlament buraxılacaq, iyunun 20-də də seçkilər keçiriləcək”.