-
- 26-04-2021, 12:16
- 593
Həbsdə olan direktora qarşı dələduzluq edən müəllim də tutuldu
Prokurorluqda istintaq edilən cinayət işinin icraatına xitam verilməsi adı ilə vətəndaşın pulunu ələ keçirmiş şəxsin qanunsuz əməlləri ifşa edilib.
News24.az xəbər verir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mənimsəmə və digər cinayət faktlarına görə başlanmış cinayət işi üzrə keçirilib əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılmış H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Rüstəmova Mehriban Əsgər qızının sözügedən cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədi ilə həmin məktəbin müəllimi Şükürov Sahib Famil oğlunun onun külli miqdarda pulunu ələ keçirməsi barədə müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə Sahib Şükürovun Mehriban Rüstəmovaya öz əlaqələrindən istifadə edərək sözügedən cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini təmin edəcəyi barədə yalan vədin verilməsi yolu ilə vəzifəli şəxsə verilməsi adı altında ayrı-ayrı vaxtlarda sonuncunun ümumilikdə 168 min manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, eləcə də həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Sahib Şükürova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.