"Sözün kimədirsə özünə de" - Fatimədən Rəqsanəyə CAVAB - VİDEO
    • 26-04-2021, 14:44
    • 357

"Sözün kimədirsə özünə de" - Fatimədən Rəqsanəyə CAVAB - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva ARB TV-də yayımlanan "Hüseynova bacıları" verilişinin qonağı olub.

News24.az xəbər verir ki, proqram əsnasında Fətəliyeva müğənni Rəqsanə İsmayılovanı tənqid edib: "Görmədiyim şeydən necə danışa bilərəm? Mən Moskvaya getdim toyumu oxudum, ailə üzvləri də hörmətlə qarşılayıb, yola saldılar. Kim nə etsə, öz adına layiq hərəkət edir. Heç kimi qınamaq olmaz. 5 barmağın hamısı eyni deyil. Elə dəyərli sənət nümayəndələrimiz var ki, ailələri nümunədir.  Amma o sözlərdən sonra düşünəcəklər ki, bu aləmdə olan insanları ailə məclisinə dəvət etmək olmaz. Çünki, heç biri düzgün yolun adamı deyil. Belə demək olmaz. Sözün kimədirsə, özünə zəng edib de".