Putinin V dönəmi - ABŞ İŞTİRAK ETMƏDİ
    • 7-05-2024, 14:29
    • 144

Putinin V dönəmi - ABŞ İŞTİRAK ETMƏDİ


Vladimir Putin bu gün beşinci dəfə Kreml sarayından Müqəddəs Endryu taxt zalına gedib.


News24.az xəbər verir ki, o, böyük qonaqlar qrupu qarşısında yeni altı illik müddətə Rusiya prezidenti kimi and içib.


Prezidentlik müddəti 6 il uzadılan Putin 2030-cu ilə qədər prezident kürsüsündə qalacaq.


İlk çıxışında “birlik mesajı” verən Putin “Rusiyanın Qərbin sanksiyalarına baxmayaraq daha da güclənəcəyini” müdafiə edib.

“Qərb ölkələri ilə dialoqa açıq olduqlarını” bildirən Rusiya lideri, “Lakin Qərb öz seçimini etməlidir” deyib. 

Nüvə silahları məsələsinə toxunan 71 yaşlı Vladimir Putin, “Biz strateji sabitlik üzrə danışıqlara hazırıq, lakin bu, bərabər şərtlərlə olmalıdır” deyib. d

ABŞ MƏRASİMDƏ İŞTİRAK ETMƏDİ

ABŞ və digər Qərb ölkələri bu gün Putinin andiçmə mərasiminə qatılmayıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi deyib: "Xeyr, andiçmə mərasimində bizim nümayəndəmiz olmayacaq. Biz seçkinin azad və ədalətli keçdiyini, əlbəttə ki, düşünmürük. Lakin o, Rusiyanın prezidentidir və bu vəzifəni davam etdirəcək".


Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Fiona Hill, “Putin indi özünü Rusiya çarı olan Böyük Vladimir kimi görür” şərhini verib.

"QANUNİYYƏTİN İLLÜSTRASİYASI"

İngiltərə, Kanada və əksər Avropa Birliyi ölkələri də andiçmə mərasimini boykot etmək qərarına gəlib, lakin Fransa öz səfirini göndərəcəyini bildirib.

Ukrayna öz növbəsində bildirib ki, tədbir “Rusiya Federasiyasını təcavüzkar dövlətə, hakim rejimi isə diktaturaya çevirən şəxsin demək olar ki, ömürlük hakimiyyətdə qalması üçün qanunilik illüziyası” yaratmaq məqsədi daşıyır.

Günel Məlikzadə