"Kafedə oxumaq ayıb bir şey deyil" - ZENFİRA DA RƏQSANƏYƏ CAVAB VERDİ
    • 26-04-2021, 15:01
    • 414

"Kafedə oxumaq ayıb bir şey deyil" - ZENFİRA DA RƏQSANƏYƏ CAVAB VERDİ

Müğənni Zenfira İbrahimova ATV-də yayımlanan "Birə-bir" verilişinin qonağı olub.

News24.az xəbər verir ki, söhbət əsnasında ifaçı həmkarı Rəqsanə İsmayılovanın tənqidi fikirlərinə də münasibət bildirib: "Rəqsanənin dediyi sözlərin heç biri mənə aidiyyatı yoxdur, ona görə də açıqlama vermədim. Adam gördüyünü danışar. Mən şəxsən Moskvada elə şeylər görməmişəm. Bu gün kimsə balası üçün başqa ölkəyə çörək pulu qazanmağa gedirsə, bunun nəyi pisdir? Hər kəsin əziyyətli günü olub. Burada pis nəsə yoxdur. Deyib ki, kafedə oxuyurlar. Kafedə oxumaq ayıb bir şey deyil".

Qeyd edək ki, Rəqsanə İsmayılova Rusiyada toya gedən müğənniləri tənqid edərək bu sözləri deyib: "Toydan sonra evinizə gedin, başqa yerə yox. Azərbaycan müğənnisi, musiqiçisi bu gün öz hörmətlərini qoruyub saxlaya bilmirlər, puldan ötrü elə yerdə çıxış edirlər ki... Özlərinə hörmət qoysunlar. Puldan ötrü hər yerdə oxumaq olmaz, ayıbdır. Özlərinə elə bir qiymət qoyublar ki, utanıram".