Mübariz Mənsimovdan Baloğlan Əşrəfovla bağlı PAYLAŞIM
    • 27-04-2021, 11:08
    • 444

Mübariz Mənsimovdan Baloğlan Əşrəfovla bağlı PAYLAŞIM

"Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov ötən gecə dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovla bağlı sosial şəbəkədə paylaşım edib.  

News24.az xəbər verir ki, iş adamı sənətçi ilə fotosunu paylaşaraq bunları yazıb: "Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi... O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost... Ruhun şad olsun..."