Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələndi
    • 27-04-2021, 11:36
    • 372

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələndi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti reyd nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib edilərək hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.