Yetkinlik yaşına çatmayanlara siqaret satan şəxs CƏRİMƏLƏNDİ
    • 26-09-2019, 15:50
    • 1 126

Yetkinlik yaşına çatmayanlara siqaret satan şəxs CƏRİMƏLƏNDİ

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxs cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.

Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.