"Sıra məndədir, cənnətdə görüşərik" - NADİR QAFARZADƏ
    • 27-04-2021, 12:51
    • 504

"Sıra məndədir, cənnətdə görüşərik" - NADİR QAFARZADƏ

Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov koronavirusdan dünyasını dəyişib.

News24.az bildirir ki, mərhumun sənət yoldaşları sosial şəbəkədə onunla bağlı müxtəlif paylaşımlar edir. Müğənni Nadir Qafarzadə "İnstagram"da Baloğlan Əşrəfov haqqında bunları qeyd edib: "Bu da son...Ömürün harada bitəcəyini heç kim bilmir. Allah sizə rəhmət eləsin, Baloğlan müəllim. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu çox..."Məni bu dünyadan aparmaq üçün tufanlı, leysanlı karvan gələcək" səni də apardı, tufanlar, sənətkar. Heç inanmaq istəmirəm, nədənsə. Sizə həsəd aparırdım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək. Rahat yat, cənnətlik ol. Sıra məndədir, çox yorulmuşam, çox. Cənnətdə görüşərik. Onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı heç qurumur".