Ölkədə bu qədər insan peyvənd olundu
    • 27-04-2021, 16:40
    • 407

Ölkədə bu qədər insan peyvənd olundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 583 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9209 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 440 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 946 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 493 409 təşkil edir.