Azərbaycanda bu qədər insan COVID-19 əleyhinə peyvənd olundu
    • 17-04-2021, 16:56
    • 468

Azərbaycanda bu qədər insan COVID-19 əleyhinə peyvənd olundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25711 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 693 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 325 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 879 356, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 445 678 təşkil edir.