Manyak sevgilisi Nuranı "öldürdü" - FOTOLAR - VİDEO
    • 3-12-2018, 12:37
    • 1 610

Manyak sevgilisi Nuranı "öldürdü" - FOTOLAR - VİDEO

Müğənni Nura Suri növbəti dəfə yaxın dostlarını və media nümayəndələrini bir araya toplayıb.  

News24.az xəbər verir ki, ifaçı “Gitme” adlı mahnısına çəkdirdiyi klip üçün təmtəraqlı təqdimat mərasimi keçirilib.

Tədbir bəstəkar Zülfi Bədəlovun sözlərinə yazılmış mahnının klipinin nümayişi ilə başlayıb.

Daha sonra Nura Suri çəkiliş prosesindən danışıb: “Sözləri Zülfi Bədəlova məxsusdur. Mahnının ərsəyə gəlməsində Əvəz Muradovun xüsusi rolu var.

Mahnıya Nuran Məmmədov ekran həyatı verib. Nuran gənc olmasına baxmayaraq maraqlı fikirləri var.Mahnını göndərdim, dərhal maraqlı ssneri göndərdi. İnsanlara güvənmək lazımdır.

İlk işi üçün həmişə insanlar böyük ürək qoyur ki, uğurlu alınsın. Çəkilişlər maraqlı keçdi. Klipdə 3 obraz canlandırmışam. Mən tam başqa obraz ssenrai düşünmüşdüm, Nuran tam fərqli ssenari ərsəyə gətirdi. Bilmirəm məni niyə öldürmək istədi. əsasən baş rol ifaçısı, əsas qəhrəman ölmür.

Təklif etdim ki, aktyor ölsün. Dedi ki, yox, səni öldürmək lazımdır. Beləlklə, klipdə sevglim məni boğdu. Nuran işinin öhdəsindən əla gəldi. İnanıram ki, tamaaşaçılar da çox bəyənəcək”.

Nura Surinin çıxışından sonra klipin rejissoru Nuran Məmmədov da yeni işləri haqda öz fikirlərini bildirib: “Mənə güvəndiyi üçün Nura xanıma təşəkkür edirəm. Mahnıya qulaq asanda gözümün qabağında bütün ssenari canlandı. Bu tək mənim deyil, komandamızın işidir. Hamımıza uğurlar arzulayıram”.

Qeyd edək ki, Nura Suri yeni ilin ilk ayında növbəti klipini yayımlayacağını açıqlayıb. 

Teymur MƏMMƏDOV
FOTO/VİDEO: Nurlan GÜLMƏMMƏDOV