5 il əvvəl oğurluq edənlər saxlanıldı
    • 29-04-2021, 13:57
    • 319

5 il əvvəl oğurluq edənlər saxlanıldı

Bakıda 5 il əvvəl oğurluq edən şəxslər tutulub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 13 600 manat, 3000 rubl pul və 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - R.Balakişiyev və V.Hacıyev müəyyən edilərək saxlanılıb.