Hindistanda COVID-19-a yoluxma sayında növbəti ANTİ-REKORD
    • 30-04-2021, 09:47
    • 311

Hindistanda COVID-19-a yoluxma sayında növbəti ANTİ-REKORD

Hindistanda gündəlik koronavirusa yoluxma sayında anti-rekord yenilənib.

News24.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda son sutka ərzində 386 min 452 nəfərdə COVID-19 aşkarlandığı bildirilib. 

Qeyd edək ki, Hindistan dünyada koronavirusa yoluxanların sayına görə ikinci yerdədir. Son məlumatlarına əsasən, ölkədə 18,7 milyondan çox COVID-19 xəstəliyi qeydə alınıb. 15,3 milyondan çox insan sağalıb, 208 min xəstə isə koronavirus və ya onun ğlaqəli digər xəstəliklərdən ölüb.