Hindistanda rekord - SUTKADA 131 MİNDƏN ÇOX YOLUXMA
    • 9-04-2021, 10:38
    • 365

Hindistanda rekord - SUTKADA 131 MİNDƏN ÇOX YOLUXMA

Hindistanda son sutkada koronavirusa yoluyxmada anti-rekord qeydə alınıb.

News24.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi gün ərzində 131.9 nəfərdə COVID-19-un aşkarlandığını açıqlayıb. Qeyd edilib ki, bu rəqəm pandemiya başlayandan indiyədək ən yüksək göstəricidir. 

Məlumat üçün bildirək ki, Hindistan koronavirusa yoluxma sayına görə dünyada üçüncü yerdədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 13 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb. Eyni zamanda, 11.9 milyondan çox insan virusa qalib gəlib. Təxminən 979 min şəxsin müalicəsinin  davam etdiyi bildirilib. bu günə qədər 167 min xəstə koronavirus və yanaşı xəstəliklərdən ölüb.