Xarici işlər nazirinə yeni müavin təyin olundu
    • 30-04-2021, 11:00
    • 769

Xarici işlər nazirinə yeni müavin təyin olundu

Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub.

Bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib.
Qeyd edək ki, E.Məmmədov bu təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri olub.
Xatırladaq ki, Elnur Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbi fəxri şəhadətnamə ilə başa vurub.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr (2002) və magistr (2004) səviyyələrini fərqlənmə diplomu ilə bitirib.
2004-cü ildə Vaşinqton Universitetinin Hüquq fakültəsinin magistr səviyyəsini (2005) fərqlənmə diplomu ilə başa vurub.
2007-2010-cu illərdə BDU-nun Hüquq fakültəsinin Mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib.
2018-ci ildə Fransada yerləşən nüfuzlu INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub.
Vergilər Nazirliyinin Aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, iri investisiyalı müəssisələrdə baş direktorun müavini, Direktorlar Şurasının üzvü və sədri vəzifələrində çalışıb.
Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.
Ailəlidir, iki övladı var.  /Report/