Bayden cibində olan maskasını tapa bilmədi - VİDEO
    • 30-04-2021, 11:41
    • 446

Bayden cibində olan maskasını tapa bilmədi - VİDEO

ABŞ prezidenti Co Bayden Corciya ştatında tərəfdarlı qarşısındakı çıxışından sonra çətin vəziyyətə düşüb. 

News24.az "Fox News"a istinadən xəbər verir ki, ABŞ prezidenti nitqini bitirdikdən sonra 30 saniyə ərzində cibində olan maskasını axtarıb. 

Əlindəki qovluğa baxan Co Bayden tərəfdarlarına "Problemim var. Maskamı tapa bilmirəm" deyib. Daha sonra ona axtarışda həyat yoldaşı da köməklik etmək istəyib. Lakin onun bu cəhdi də uğursuz alınıb. Bir neçə dəqiqədən sonra isə ABŞ prezidenti maskasını şalvarının cibindən tapıb.