-
- 1-05-2021, 12:12
- 1 205
“Bir çox insan mənim Azərbaycanı tərk etdiyimi düşünməklə səhv edir” - “Cazın şahzadəsi"- Müsahibə
Dünyanın bir çox ölkələrində caz-muğam sənətini layiqli davam etdirən azərbaycanlı soydaşlarımız var. Onlardan biri, bəlkə də birincisi əfsanəvi cazmen, caz-muğam sintezinin banisi Vaqif Mustafazadənin qızı, Əzizə Mustafazadədir.
Qərbdə “Aziza Mustafa Zadeh” olaraq adlanan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı dünyada “Cazın şahzadəsi” kimi tanınır.
Hazırda Almaniyada yaşayan Ə.Mustafazadə dünyada Azərbaycan caz sənətini layiqincə təmsil edən ifaçılarındandır.
News24.az Əzizə Mustafazadənin Oxu.az-a verdiyi blits-müsahibəni təqdim edir:
- Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- Mənim uşaqlıq illərim çox qısa olub. Əsasən evdə keçirilən məşqlərdən, “Fioletovo Studiyası”nda səs yazdırmaqdan zövq alırdım. Həm də atam ürək çatışmazlığından əziyyət çəkdiyinə görə tez-tez təcili yardım maşınları gələrdi... Atam vəfat edəndə mən Günəşsiz qaldım... Hələ də atam Vaqif üçün darıxıram...
- İllərlə zirvədə qalmağı necə bacarırsınız?
- Musiqiyə diqqətlə yanaşmaq lazımdır. Səhnədə vicdanla çalışın. Güzəşt yoxdur.
- Belə çətin zamanlarda (koronavirus təhlükəsi) sizi nə ruhlandırır? Necə yaradıcı qala bilirsiniz?
- Ən azından bu çətin anlarda biz 3-cü dünya ölkələrində yaşayan xalqların dərdlərini unutmamalıyıq. Həyəcan keçirməyək. Yalnız bütün qaydalara əməl edin. Qapanış tədbirləri ilə izolyasiya edilsəniz də bu özünüzün yaradıcılığınızı ifadə etmək üçün bir fürsətdir. Xüsusi ilə ağıllı telefonlarınızı söndürün və uşaqlarınızla birlikdə rəsimlər çəkin və s.
- Uğurunuz üçün nəyə borclusunuz?
Allaha və ailəmə minnətdaram.
- Soyadınız həyatınıza necə təsir edir?
- Pozitiv
- Özünüzdə ən çox təəssüfləndiyiniz xüsusiyyət hansıdır?
- Layiq olmayan insanlara etibar etmək.
- Sizinlə bağlı ən böyük səhv düşüncə nədir?
- Vətənimlə, Azərbaycan vətəndaşı olmağımla fəxr edirəm.
- Gələcək üçün planlarınız nədir? Sizi sevənlərə nə demək istərsiniz?
- Mənim planlarım Azərbaycana uçmaq və yalnız gecə Bakıda gəzməkdir.
Sevgi mənə güc, ilham, ümid verir.
- “Generations” albomunuzun uğur sirri nədir?
- Elə bir sirr yoxdur. Sadəcə musiqi.
- Aşdığınız ən böyük maneə, əngəl nə olub?
- Maneələr hələ qabaqdadır ...Həmişə olacaqlar. İnsanı irəli aparmaq üçün.
- Necə xatırlanmaq istərsiniz?
- Layiq olduğum şəkildə xatırlanmaq istəyirəm.
- İndi dünyada nə baş verir? Dünyanın sizə öyrətdiyi ən vacib dərs nədir?
- Biz dönüş nöqtəsində yaşayırıq. Yeni bir şey deməyəcəm. Nə əkərsən onu da biçərsən. Məsuliyyətsiz, acgöz qaydalar. Ancaq bu da sona çatacaq.
- Müasir dünyanın şəklini necə və hansı rənglə çəkərsiniz?
- Ağ, qara, qırmızı, çox iti künclər ...
- Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərdiniz?
- Hər gün və hər şey üçün Allaha şükür edin. Ailənizi sevin. Bütün situasiyalarda İnsan qalın.
- Dinin həyatınızdakı rolu nə qədərdir?
- Allah mərhəmətlidir... Biz hamımız "Allahın Qanadları" altındayıq. Düşünürəm ki, daha çox danışmağa ehtiyac yoxdur.
- Keçmişə qayıtmaq mümkun olsaydı, hara gedərdiniz?
- 1978-ci ildə Tbilisidə Caz Festivalında atamla birlikdə çıxış etdiyim yerə gedərdim.
- Həyatınızı hansı kitab dəyişdi?
- Anton Çexovun hekayələri olan kitab.
- Nə vaxt çox xoşbəxt olursunuz? Almaq, yoxsa vermək daha yaxşıdır?
- Oğulumuz xoşbəxt olanda mən də çox xoşbəxt oluram.
Vermək daha yaxşıdır.
- Sevdiyiniz söz nədir?
- Allah
- Azərbaycanlılarla bağlı unutmadığınız xatirəniz nədir?
- Xeyirxahlıq.
- Azərbaycanın Qarabağ zəfəri ilə bağlı xalqımıza nə demək istərsiniz?
- Çoxmillətli Azərbaycan xalqını böyük qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. Nəhayət, doğma torpaqlarımız geri qaytarıldı. Bir olun. Çox çalışın, bir-birinizə hörmət edin və sevin. Hər gün dua edin. Biz yaxşı bir həyata layiqik.
- Muğamın beşiyi olan Şuşa (Qarabağ) şəhərində konsert vermək istərsinizmi?
- Böyük məmnuniyyətlə.
Oğulumuz Azərbaycanı sevir, tez-tez uçub oraya getmək istəyir. Təəssüf ki, bu hələ mümkün deyil... Tez-tez Vaqifin musiqisini, eyni zamanda klassik musiqini dinləyir.
- Azərbaycan sizin üçün nə deməkdir? Bakıya tez-tez gəlirsiniz?
-Cazerbaycan! (Jazzerbaijan!)
Kiçik bir fürsət yaranan kimi Bakıya uçuruq. İnsan sakitcə sevməlidir.
- Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?
- Sevginiz üçün sizə dərindən təşəkkür etmək istəyirəm. Mən də sizi və Müqəddəs muğam torpağımız - Azərbaycanı ürəkdən sevirəm.