Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın
    • 2-05-2021, 10:28
    • 453

Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və
1 ədəd kondisioner, eyvanında 1 ədəd dolab yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.